Mobil İdarəetmə Sistemi

Elektra Mobil Otel İdarəetmə Programı (ElektraPhone), iphone və android əməliyyat sistemli telefonlardan otel idarəçilərinin oteldən kənarda olduqları vaxt otel haqqında məlumat almağını təmin edir, mühasibatlığa dair işlərin davamlığı üçün imkan yaradır. 

Mobil İdarəetmə ilə telefon vasitəsilə ön büro programınıza qoşula biləcək, mühasibat hesablarını yoxlayıb, lazım olduğu zaman əməliyyatları təsdiqləyəcək yaxud dayandıra biləcəksiniz.

Mobil İdarəetmə ilə Nələr Edilir?

  1. Debitor, Kreditor, kassa, bank, gəlir, xərc və s. istənilən bütün hesabatlara baxıla bilər.

Borc – Alacaqlı Vəziyyəti: Otelə borcu olan və oteldən alacaqlı olan bütün cari hesablara və balanslarına baxıla bilər.

Kasa Vəziyyəti: Bütün kassalarınızın anlıq olaraq vəziyyətləri incələnə bilər.

Gəlir – Xərc Vəziyyəti: Gəlir və Xərc hesabları anlıq olaraq yoxlana bilər.

Agentlik Təhlili: Seçdiyiniz tarixdən sonrakı 30 günlük dövrdə agentliklərə görə otaq – nəfər saylarına baxıla bilər.

Bank Vəziyyəti: Bank hesablarının anlıq olaraq vəziyyətləri incələnə bilər.

Doluluk Hesabatları: Seçdiyiniz tarixdənn sonrakı 30 gün boyunca otaq – nəfər gəliri göstəriciləri yoxlanıla bilər.

Ön Kassa Siyahısı: Kassadakı pul vəziyyəti (Avans, Valyuta Dəyişmə, Ödəniş ) yoxlanıla bilər.

Banket Siyahısı: Gələcəkdə oteldə edilməyi planlaşdırılan iclas, seminar, toy və s tədbirlər incələnə bilər.

  1.   Günlük idarəetmə hesabatları incələnə bilər və otelin doluluq faizləri təhlil edilə bilər.
  2.   Anlıq Vəziyyətin yoxlanması çox asanlıqla edilə bilər.

Otel rəhbərliyindən gözlənilən təsdiq, rədd yaxud prosesin gözlədilməsi əməliyatları dərhal edilə bilər.

Mobil İdarəetmə Tətbiqi Qonaq üçün hansı Üstünlüyü Təmin edir?

Otellərdə qonaq məmnuniyyətinin olduqca əhəmiyyətli olduğu son dövrdə, gələn qonağın məmnuniyyətini artırmaq məqsədi ilə yeni texnologiyalar istifadə etmək zərurəti yaranmışdır.

Mobil İdarəetmə  tətbiqi menecerlər üçün iş rahatlığı təmin etməklə yanaşı müştəri məmnuniyyəti baxımından da əhəmiyyətli bir töhfə verir. Proqramı mobil telefonuna quraşdıraraq qonaq bir çox proqrama daxil olur. Bu sayədə, gələn qonaq otel haqqında məlumatı öz mobil telefonu ilə öz ana dilində əldə edə bilər, SPA və tennis kortu kimi yerlər üçün rezervasiyası edə bilər.

Eyni zamanda, qonaq oteldə istifadə etdiyi xidmətlərin dəyərini dərhal telefonunda görə bilər. Məsələn, otağından istifadə etdiyi  telefon danışığının qiymətini və ya SPA mərkəzindəki istifadə etdiyi xidmətin dəyərini telefonundan baxmaqla öyrənə bilər.

Mobil İdarəetmə Tətbiqi Təhlükəsizliyi Necə Təmin Edir?

Tətbiqin istifadə etdiyi texnologiya ən inkişaf etmiş və etibarlı bir texnologiyadır. Tətbiq, dünyanın  bulud texnologiyasında ən etibarlı məlumat mərkəzlərindən biri olan amazon.com-un Amerikadakı bazasında işləyir.

Mobil İdarəetmədə tətbiq edilən texnologiyalar sayəsində otelin məlumatlarını istifadəçilərdən kənar başqa birinin görməyi mümkün deyil.

Mobil İdarəetmə ilə rəhbərlər otellə bağlı məlumatları dərhal əldə edib müdaxilə edə bilməklə yanaşı, qonaqlar da otel haqqında məlumat əldə edib, rezervasiya etdirə, istifadə etdikləri xidmətlərin dəyərini görə bilərlər.