ID Oxuyucu, dünyadakı bütün vəsiqə və pasportları oxuyub tanıya bilən, şəkil və mətn olaraq yaddaşa saxlayıb, məlumatları windowsdakı bütün proqramlara əlavə edə bilən bir proqram təminatıdır.
ID Oxuyucu, otel və xəstəxana kimi girişdə sənəd qeydiyyatı məcburi olan bütün qurumlarda qeydiyyat üçün sərf olunan vaxtı azaldıb, səhv etmə riskini ortadan qaldırır; beləliklə müştəri məmnuniyyətini və xidmət keyfiyyətini artırır.
NECƏ İŞLƏYİR?
Skaner vasitəsilə oxunan sənədi istədiyiniz proqrama köçürür. Öyrənmə qabiliyyəti sayəsində davamlı özünü inkişaf etdirə bilən ağıllı tanıma sisteminə sahibdir. Bu sayədə, əvvəlcədən tanıdılmamış sənədləri də asanlıqla sistemə tanıdıb istifadə edə bilərsiniz.
NƏYƏ GÖRƏ ID OXUYUCU?
ID Oxuyucunun texnologiyası onu bənzərlərindən fərqləndirən bir çox üstün xüsusiyyəti özündə əks etdirir. Bunlardan bir neçəsini ümumiləşdirə bilərik;
– Bütün skanerlərlə işləyə bilməyi, bir cihazdan asılı olmamağı;
– Bütün ölkələrin pasportlarınə və ştrix kodlu sənədləri 100 % oxuya bilməyi;
– İstənilən proqrama bilgi göndərə bilməyi;
– İstifadəsinin çox sürətli və praktik olmağı;
– Skanerdə bir düymə ilə işləməyi;
– Sənədin formasını, önünü – arxasını avtomatik olaraq tanımağı;
– Yeni sənəd növlərini öyrənə bilməyi;
– Eynı anda birdən çox proqrama inteqrasiya ola bilməyi;
– İnteqrasiya olduğu proqramın içindən bir düymə (hotkey) işləyə bilməyi;
– Səssiz modda, arxa planda, görünmədən işləyə bilməyi;
– İnteqrasiya olduğu proqrama sənədin məlumatları ilə yanaşı şəklini də göndərə bilməyi;
–Məlumatı həm forma, həm bazaya, həm də bir mətn sənədinə eyni zamanda yaza bilməyi;
– Seçilmiş bilgiləri proqramın istədiyi formaya çevirərək göndərə bilməyi;
– İlk hərf böyük, digərləri kiçik şəkildə dəyişiklik edə bilməyi;
– Simvolları İngilis dilinə çevirə bilməyi;
– Sənəddə oxunmayan hissələrin mouse (siçan) ilə seçilərək oxudula bilməyi;
– Birdən çox giriş olduğu zaman arxa-arxaya oxumaq və sonradan əlavə edə bilməyi;
– İstifadəçi tərəfindən dəyişdirilə bilən dizaynda çap edə bilməyi;
– Limitsiz arxivləşdirmə edə bilməyi, arxivdəki bilgiləri asanlıqla əldə edə bilməyi;
– Mobil skanerlə işləyə bilməyi;
– Elektron sənəddən oxuya bilmək;
– İki tərəfli oxuyucuları dəstəkləməsi, vəsiqənin ön və arxa tərəfini eyni anda oxumağı;
– Windows, Java və Veb əsaslı proqramlara da bilgi göndərə bilməyi.
TƏBİƏT DOSTU
ID Oxuyucu istifadə edən otellər ildə ortalama göstərici olaraq 1 kq CO2 yayılmasının qarşısını alır , 32 ağacı kəsilməkdən xilas edir.
HANSI PROQRAMLARLA UYĞUNLAŞA BİLİR?
ID Oxuyucu, Windows əsaslı bütün proqramlarla (Elektra, Fidelio, Opera, Mod, Sispar, Amon-Ra, Rmos, İbem və s) və veb əsaslı proqramlarla uyğunlaşır.
ID Oxuyucuya istifadə etdiyiniz digər proqramların ekranlarını daşı-burax üsulu ilə tanıdıb dərhal istifadəyə başlaya bilərsiniz.
ID Oxuyucu, skaner yaxud proqramdan bir düymə ilə məlumatları oxuyur, bu düyməni istifadə etdiyiniz proqramda basdığınız zaman məlumatları proqrama əlavə etmiş olacaqsınız.