Satınalma İdarəçiliyi, şöbənin tələbindən tutmuş sifarişin çatdırılmasına qədər bütün əməliyyatların izlənilməsini və idarə edilməsini təmin edən moduldur.
Tələblər şöbə tərəfindən daxil edilir, anbar tərəfdən görülür və anbarda istənilən mallar müvcuddursa uyğun şöbəyə transfer edilir. Əgər anbarda mövcud deyilsə təsdiqlə düyməsi ilə satınalma əməliyyatı başladılır.
Tələb qəbzi ilə istənilən miqdar anbarda mövcud olmadığı zaman ayırılan sütununa veriləcək (anbarda olan) miqdar yazılır və ayırılanları əlavə et düyməsi ilə anbarda mövcud olan hissəni yeni bir qəbzə əlavə edərək transfer qəbzi yaranmasını təmin edilir.
Tələb qəbzində birdən çox sətir ola bilər. Bu kimi hallarda anbardan birbaşa veriləcək olan stok sətirləri seçilir və seçilənləri əlavə et düyməsi ilə yeni tələb qəbzi içərisində transfer qəbzi yaradılır.