Əmlak və əmlakın idarə edilməsi

Web Əsaslı

Veb əsaslı quruluşu sayəsində hər hansı bir yerdən daxil olmaq mümkündür. Satış komandası həmişə sistemə daxil olub müqavilə qeyd edə bilər, boş mənzil və dövr bilgilərinə baxa bilərlər. Müqavilələrin sistemə daxil edilməsi, sənədlərin çap edilməsi, ofisdən kənar yerlərdə də asanlıqla edilə bilər.

Elektra Otel Programı ilə Uyğunlaşır

Müəssisə fəaliyyətə başladıqdan sonra rezervasiyaların, aylıq rüsum ödənişlərinin otel sisteminə göndərilməsi çox asandır. Hər iki sistemdən fərqli istifadə və icarə əməliyyatlarını asanlıqla izləyə bilərsiniz.

Expedia, Booking kimi Onlayn Satış Kanalları İlə İşləyir

Onlayn rezervasiya modulu ilə otaqlarınızı Expedia və ya Bookingdə  satışa çıxara bilərsiniz, veb saytınızdan onlayn rezervasiya qəbul edə bilərsiniz.

100 % Mühasibatlıq İnteqrasiyası

Müddətli müqavilə ödənişlərini ödəmə planına köçürə, ödənişləri izləyə, sənəd və çeklərinizi dərhal mühasibatlığa inteqrasiya edə bilərsiniz. Müqavilələrin hesab-fakturalarını asanlıqla yarada bilərsiniz.

Mükafat və Komissiya Hesablama

Müqavilələrdən irəli gələn satış heyətinin mükafatlarını asanlıqla hesablaya bilər, sərbəst mükafat kateqoriyaları təyin edərək, istədiyiniz kimi komandalarınıza paylaya bilərsiniz.

Müştəri, Şöbə, Satış nümayəndələri üçün fərqli veb interfeysi

Müştərilərinizə ödənişlərini və müqavilələrini izləmək üçün bir interfeys, Satış nümayəndələrinin müqavilələrini və müştərilərini izləmək üçün başqa bir interfeys aça bilərsiniz.

Müştəri CRM və Satışı izləmək

Satış danışıqlarını izləyə bilərsiniz, danışıqlarda iştirak edən şəxslər – mövzular, danışığın nəticəsi – vəziyyəti və növbəti görüş tarixi kimi məlumatları izləyərək, satış fəaliyyətini kontol edə bilərsiniz. CRM ekranı ilə müştərilərlə aparılan bütün danışıqları və əməliyyatları izləyə bilərsiniz.