Veb əsaslı quruluşu sayəsində hər hansı bir yerdən daxil olmaq mümkündür. Satış komandası həmişə sistemə daxil olub müqavilə qeyd edə bilər, boş mənzil və dövr bilgilərinə baxa bilərlər. Müqavilələrin sistemə daxil edilməsi, sənədlərin çap edilməsi, ofisdən kənar yerlərdə də asanlıqla edilə bilər.
Müəssisə fəaliyyətə başladıqdan sonra rezervasiyaların, aylıq rüsum ödənişlərinin otel sisteminə göndərilməsi çox asandır. Hər iki sistemdən fərqli istifadə və icarə əməliyyatlarını asanlıqla izləyə bilərsiniz.
Onlayn rezervasiya modulu ilə otaqlarınızı Expedia və ya Bookingdə satışa çıxara bilərsiniz, veb saytınızdan onlayn rezervasiya qəbul edə bilərsiniz.
Müddətli müqavilə ödənişlərini ödəmə planına köçürə, ödənişləri izləyə, sənəd və çeklərinizi dərhal mühasibatlığa inteqrasiya edə bilərsiniz. Müqavilələrin hesab-fakturalarını asanlıqla yarada bilərsiniz.
Müqavilələrdən irəli gələn satış heyətinin mükafatlarını asanlıqla hesablaya bilər, sərbəst mükafat kateqoriyaları təyin edərək, istədiyiniz kimi komandalarınıza paylaya bilərsiniz.
Müştərilərinizə ödənişlərini və müqavilələrini izləmək üçün bir interfeys, Satış nümayəndələrinin müqavilələrini və müştərilərini izləmək üçün başqa bir interfeys aça bilərsiniz.
Satış danışıqlarını izləyə bilərsiniz, danışıqlarda iştirak edən şəxslər – mövzular, danışığın nəticəsi – vəziyyəti və növbəti görüş tarixi kimi məlumatları izləyərək, satış fəaliyyətini kontol edə bilərsiniz. CRM ekranı ilə müştərilərlə aparılan bütün danışıqları və əməliyyatları izləyə bilərsiniz.